Dek
2020
11:18
58
309
4838
Virtual karabakh

Hindistanda təşviş: Naməlum xəstəliyə yoluxanların sayı üç dəfə artıb - VİDEO

8 Dek, 2020
11:18
4838

Hindistanda təşviş: Naməlum xəstəliyə yoluxanların sayı üç dəfə artıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın cənubunda naməlum xəstəliyə yoluxanların sayı 848 nəfərə çatıb. Bir gün əvvəl bu göstərici 300-dək idi. Xəstəxanalara axın durmadan artır, amma həkimlər diaqnoz qoya bilmirlər.

Bu barədə “360” “Telegram” kanalı xəbər yayıb.

Qeyd olunur ki, xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Araşdırmalar zamanı xəstəliyin koronavirusla əlaqəli olmadığı ortaya çıxıb. Pasiyentlərin hamısı testdən və kompüter tomoqrafiyasından keçib.

Mütəxəssislər insanların suda və ya yeməkdə bir növ zəhərli birləşmələr səbəbindən xəstələnə biləcəyini düşünürlər.

Başqa bir versiyaya görə, malyariya və Denge qızdırmasına səbəb olan ağcaqanadlarla mübarizə üçün geniş miqyasda istifadə olunan dərman insanların kütləvi zəhərlənməsinə səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri