14 
Yan
2021
07:29
16
228
5282
Virtual karabakh

Məşhur vloqer ölümündən əvvəl izləyicilərindən kömək istəyib? - FOTO/VİDEO

“YouTube”dakı videolarla məşhurlaşan suriyalı vloqer Ümmü Seifin (Om Sayf) son paylaşımı müzakirələrə səbəb olub.

Sondakika.com xəbər verir ki, 5 milyon izləyicisi olan fenomen son videosunda uşaqlarına vaxt ayırmaq istədiyini və kanalını bağlayacağını deyib.

Onun 30 saniyəlik videonun sonunda qəribə əl hərəkəti etməsi izləyiciləri tərəfindən kömək istəməsi kimi izah edilib.

Vloqerin üzərində “freedom” (ingilis dilində azadlıq) yazılmış geyimi də diqqət çəkir.

Bu gün ərəb mənbələrində Seifin öldürüldüyünə dair xəbərlər yer alıb. Eyni zamanda, ona aid olduğu iddia edilən meyitin fotosu da yayılıb.

Kanadada başlanan tətbiqə əsasən, qadınlar təzyiqə məruz qaldıqda əl işarəsindən istifadə edirlər. Seifinin də videosunda göstərdiyi həmin əl hərəkəti insanın çətin vəziyyətdə olduğunu, təzyiqə məruz qaldığını qarşısındakına sözsüz formada çatdırma üsuludur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri