14 
Yan
2021
03:35
157
19
1772
Virtual karabakh

“Twitter” ikili standartlar göstərməkdə ittiham olunur

14 Yan, 2021
03:35
1772

“Twitter” ikili standartlar göstərməkdə ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” ikili standartlar göstərməkdə ittiham olunur. Belə ki, sosial şəbəkə Nensi Pelosinin 2017-ci ildə “seçkilərin oğurlandığı” barədə paylaşımını şübhəli kimi qeyd etməyib.

Bu barədə RT xəbər yayıb.

“Seçkilərimiz oğurlanıb. Buna şübhə yoxdur. Konqres demokratiyanı müdafiə etmək və faktları izləməkdə məsuldur”, - deyə Pelosu həmin vaxt yazmışdı. O, həmçinin Trampın 2016-cı ildəki qələbəsinin arxasında Rusiyanın dayandığına eyham vurmuşdu.

İndi də istifadəçilər bu mesajı “Twitter”də yenidən paylaşır və xatırladırlar ki, təxminən iki illik istintaqdan sonra ABŞ Xüsusi Prokuroru Robert Müller Trampın Moskva ilə sövdələşməsini aşkar etməyib, beləliklə, Pelosinin ismarıcı insanlarda yanlış düşüncələr yaradır.

Tənqidçilər Trampın paylaşımında olduğu kimi “seçki nəticələrini şübhə altına alan” bu mesaja da reaksiya göstərilməsini və xüsusi markerlə işarələnməsini tələb edirlər.

“Twitter”dən hələ ki buna münasibət bildirilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri