15 
Yan
2021
11:54
19
256
3204
Virtual karabakh

“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

15 Yan, 2021
11:54
3204

“Pfizer” peyvəndinin yeni yan təsirləri aşkar edilib: Bir pasiyent öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada “Pfizer/BioNTech” peyvəndinin yeni yan təsirləri aşkar edilib.

“RİA Novosti” bu barədə Fransanın Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentliyinə (MSNA) istinadən məlumat verib.

Bildirilir ki, dörd xəstədə dərmana allergik reaksiya yaranıb, iki nəfərdə taxikardiya qeydə alınıb.

Fransa hökuməti peyvənddən iki saat sonra bir xəstənin öldüyü barədə məlumat alıb.

Buna baxmayaraq onun ölümü ilə peyvənd arasında birbaşa əlaqə aşkarlanmayıb.

Bundan əvvəl Almaniyada koronavirus əleyhinə peyvənd edildikdən sonra azı 10 nəfərin öldüyü bildirilmişdi. Ölüm faktları ilə əlaqədar Paul Ehrlix İnstitutunun mütəxəssisləri yoxlamaya başlayıblar. Onlar ağır xəstələrin peyvənd olunduqdan sonra dörd gün ərzində öldüklərini vurğulayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri