16 
Yan
2021
07:53
32
149
795
yuxarı
Boliviya prezidentinə Rusiya peyvəndi vurulacaq
Boliviya prezidenti Luis Arseyə koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndi vurulacaq. Bu barədə, ölkə başçsının mətbuat katibi Xorxe Rixter məlumat verib.
“Prezident ilk peyvənd olunanlardan biri olacaq və bununla da ölkədə aparılan vaksinasiya kampaniyasına tam olaraq etibar etdiyini göstərəcək”, - deyə o, bildirib.
X.Rixterin sözlərinə görə, vitse-prezident David Çokeuanka da ilk peyvənd olunanlar sırasında yer alacaq. Nazirlər isə artıq vaksinasiyanın ikinci mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, Rusiya peyvəndinin 6 min dozalıq ilk partiyası yanvarın sonlarında Boliviyaya çatdırılacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
7 
Mar
2021
04:25
İsraildə koronavirus qadağaları ilə əlaqədar növbəti yumşalmaya start verilir
266
22
1127
6 
Mar
2021
23:43
Paris polisi sakinlərin Sena çayının sahilində istirahətinə icazə verməyib
55
163
863