16 
Yan
2021
09:46
15
200
873
Virtual karabakh

Honkonqda yüksək patogenli quş qripi virusu tapılıb

16 Yan, 2021
09:46
873

Honkonqda yüksək patogenli quş qripi virusu tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honkonqda ilk dəfə yüksək patogenli H5N8 quş qripi virusu aşkar olunub.

“South China Morning Post” qəzetinin məlumatına görə, mütəxəssislər virusun köçəri quşlar tərəfindən gətirildiyini ehtimal edirlər. Belə ki, virus məhz Çinin materik hissəsi ilə həmsərhəd olan “May Po” qoruğu ərazisində qışlayan köçəri quşların nəcis nümunələrində tapılıb.

Qeyd edək ki, 1997-ci ildən bəri Honkonqda dəfələrlə quş qripi epidemiyası baş verib. Lakin H5N8 virusunun yeni ştammı ilk dəfədir ki, bu ərazilərdə aşkar olunub.

Növbəti epidemiyanın qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları quş ətinin satıldığı bazarlara nəzarəti gücləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri