16 
Yan
2021
04:17
262
53
4240
Virtual karabakh

Rusiyalı deputat peyvənd vurulduqdan sonra xəstəxanalıq oldu

16 Yan, 2021
04:17
4240

Rusiyalı deputat peyvənd vurulduqdan sonra xəstəxanalıq oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Qanunverici Məclisin Sankt-Peterburqdan olan deputatı Mixail Amosov COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Rosbalt.ru bu barədə millət vəkilinin sözçüsünə istinadən məlumat yayır.

“Həkimlər yüksək hərarətin olduğunu deyirlər və ağciyərin 15% zədələnməsi diaqnozu qoyublar. Hazırda oksigen terapiyası da daxil olmaqla intensiv terapiya aparılır”, - deyə bildirilir.

Amosovda koronavirus peyvəndin birinci mərhələsindən keçəndən bir həftə sonra, ötən gün aşkar edilib. Rusiyalı deputat ikinci iynəni vurdurmağa macal tapmayıb.

İlk inyeksiyadan sonra onun vəziyyəti pisləşməyə başlayıb. Amosov bunu peyvəndlə əlaqələndirib, lakin sonra koronavirus testi vermək qərarına gəlib və onun testi pozitiv çıxıb.

O deyib ki, peyvənddən əvvəl və ya sonra yoluxduğunu bilmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri