15 
Yan
2021
23:55
436
13
1955
Virtual karabakh

Fransada Sarkoziyə qarşı istintaq başlanıb

15 Yan, 2021
23:55
1955

Fransada Sarkoziyə qarşı istintaq başlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın maliyyə prokurorluğu ölkənin keçmiş prezidenti Nikolya Sarkoziyə qarşı ilkin istintaqa başlayıb.

“Frans-Press”in məlumatına görə, eks-prezident Rusiya şirkətinin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətində ittiham olunur.

Belə ki, N.Sarkozinin həmtəsisçisi olduğu “Realyze” hüquq şirkəti 2019-cu ildə Rusiyanın “RESO-Qarantiya” sığorta şirkətilə ilə dəyəri 3 milyon avro olan müqavilə imzalayıb. Bundan bir qədər sonra, 2020-ci ilin əvvəllərində eks-prezidentin bank hesabına Rusiyadan 500 min avro pul köçürülüb. Prokurorluq bunun rüşvət, yoxsa qanuni ödəniş olduğunu araşdırır.

N.Sarkozi ölkə prokurorluğunun onun barəsində apardığı istintaqı biabırçılıq adlandırıb.   

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri