16 
Yan
2021
21:33
211
121
4467
Virtual karabakh

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

16 Yan, 2021
21:33
4467

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb.

REN TV xəbər verir ki, bu barədə ABŞ-ın Demokrat Partiyasının yaydığı açıqlamada məlumat verilib.

Xatırladaq ki, Viktoriya Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına kimi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Bundan əlavə Co Bayden ABŞ dövlət katibinin müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb.

Qeyd edək ki,V.Şerman Barak Obamanın prezidentliyi dövründə Dövlət Departamenti rəhbərinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri