19 
Yan
2021
06:45
25
226
1586
Virtual karabakh

Almaniyada yeni növ koronavirus mutasiyası müəyyən edilib

19 Yan, 2021
06:45
1586

Almaniyada yeni növ koronavirus mutasiyası müəyyən edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın cənubunda, Qarmiş-Partenkirxen (Bavariya federal əyaləti) şəhər klinikasında koronavirusun yeni ştamı aşkar edilib.

Bu barədə “Münxner Merkur” qəzeti məlumat verib.

Məlumata əsasən, xəstəxanada 73 nəfər koronavirusa yoluxub ki, onlardan üçündə virusun indiyədək məlum olmayan yeni ştamı tapılıb.

Analizlər əlavə araşdırma üçün Berlindəki “Şarite” tibb mərkəzinə göndərilib. Mərkəzdən verilən məlumat görə, indiyədək dünyada koronavirusun 12 mindən çox mutasiyası təsbit edilib.

Onlardan ən təhlükəlisi yoluxma qabiliyyəti yüksək olan ingilis ştamıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri