19 
Yan
2021
03:40
26
137
6392
Virtual karabakh

Koronavirusa yoluxma riskini 250 dəfə artıran təhlükəli vəziyyət açıqlandı

19 Yan, 2021
03:40
6392

Koronavirusa yoluxma riskini 250 dəfə artıran təhlükəli vəziyyət açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuxusuzluq immunitetə pis təsir göstərir. 

Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin müdiri, Avropa Yuxu Tədqiqatçıları Cəmiyyətinin mütəxəssisi Aleksandr Kalinkin bu barədə “Qovorit Moskva”nın efirində bəyan edib.

Onun sözlərinə görə, insan 5 saatdan az yatırsa, zəruri olan 7-9 saat yatan insanlara nisbətən virus infeksiyasına, o cümlədən koronavirusa yoluxma ehtimalı 250 faiz artır.

Beləliklə, alim qidalanma və fiziki fəaliyyətlə yanaşı yuxunu sağlamlığın və uzunömürlülüyün əsası adlandırıb.

O, həmçinin zəngli saatdan imtina etməyi, işıq qadcetlərinə keçməyi təklif edib. Çünki onlar sirkadiyalı ritmləri daha yaxşı tənzimləməyə və oyanmağa kömək edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri