18 
Yan
2021
16:36
33
443
4137
Virtual karabakh

Almaniyada peyvənd edilən on nəfər öldü: Hamısı ağır xəstələr olub

18 Yan, 2021
16:36
4137

Almaniyada peyvənd edilən on nəfər öldü: Hamısı ağır xəstələr olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milyonlarla insanın həyatına mənfi təsir göstərən koronavirus epidemiyası peyvəndin ixtirası ilə fərqli mərhələyə qədəm qoyub. Digər tərəfdən də peyvəndlə bağlı neqativ xəbərlər də yayılır.

Sondakika.com xəbər verir ki, Almaniyada Almaniya-ABŞ şirkətləri tərəfindən istehsal olunan “Pfizer-BioNTech” peyvəndi olan 10 nəfər ölüb. Bu hesabla Almaniyada peyvənd edilən 842 min insandan 10-u vaksinasiyadan sonra həyatını itirib.

Virusun geniş yayıldığı ölkədə ölümlərin səbəbi araşdırılmağa başlanıb.

Qeyd edilir ki, həyatını itirənlər 79-93 yaş arası xroniki xəstəlikləri olanlardır.

Onların peyvənd edilmələri ilə ölümləri arasındakı müddət 1-4 saat arasında dəyişir. Həmin şəxslər müalicə alan, əlavə xəstəliklərdən əziyyət çəkən xəstələr olublar.

Qeyd edək ki, Norveçdə “Pfizer-BioNTech” peyvəndi olunan 23 nəfər yaşlı şəxs həyatını itirib.

Norveç Tibb Agentliyi ümumi yan təsirlərin zəif yaşlı insanlarda ciddi reaksiyalara səbəb ola biləcəyini qeyd edib. Bu yaş qrupunda peyvəndlərin kifayət qədər sınaqdan keçirilmədiyi vurğulanır.

10 milyon doza “Pfizer-BioNTech” peyvəndi sifariş edən Avstraliya baş verənlərdən sonra hərəkətə keçərək, bu mövzuda təcili məlumat istədiklərini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri