19 
Yan
2021
09:42
199
15
2333
Virtual karabakh

Tramp bir çox ölkələr üçün ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

19 Yan, 2021
09:42
2333

Tramp bir çox ölkələr üçün ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın hazırkı prezidenti Donald Trump yanvarın 26-dan etibarən Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya üçün pandemiya ilə əlaqədar ABŞ-a girişə qoyulan məhdudiyyətləri ləğv edib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı sənəddə deyilir.

“Şengen ölkələrində, Böyük Britaniyada, İrlandiyada və Braziliyadan gələn şəxslərin Birləşmiş Ştatlara məhdudiyyətsiz girişi artıq ABŞ-ın mənafeyinə xələl gətirməyəcək. Bu baxımdan, ölkəyə girişin dayandırılması barədə sərəncamların saat 12.00-dan (Bakı vaxtilə saat 21.00 – red.) etibarən qüvvədən düşdüyünü bildirirəm”, - deyə sərəncamda qeyd edilir.

Çin və İrana münasibətdə ABŞ-a giriş məhdudiyyətləri qüvvədə saxlanılıb. Buna səbəb olaraq bu ölkələrin səhiyyə sahəsində əməkdaşlıqdan imtina etmələri və vaxtında koronavirusun yayılması barədə məlumatları paylaşmadıqları əsas gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri