19 
Yan
2021
10:06
16
131
1936
Virtual karabakh

Argentinada güclü zəlzələ - VİDEO

19 Yan, 2021
10:06
1936

Argentinada güclü zəlzələ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada 6,5 bal gücündə zəlzələ baş verib.

Yerli “Tiempo de San Juan” qəzetinin məlumatına görə, şiddətli zəlzələ San-Xuan əyalətinin sakinləri arasında çaxnaşmaya səbəb olub. Yeraltı təkanlar zəlzələ ocağından min kilometr məsafədə olan Buenos-Ayresdə belə hiss olunub.

8 kilometr dərinlikdə baş verən yeraltı təkanların ardınca 4,4 bal gücündə avterşoklar (zəlzələdən sonra baş verən kiçik təkanlar) davam edib.

Zəlzələnin episentri Media Aqua şəhərində yerləşib. Qorxuya düşən insanlar küçələrə axışıb.

Qeyd edilir ki, 1944-cü ildə San-Xuanda 7 baldan yuxarı, 10 min insanın ölümü ilə nəticələnən güclü zəlzələ baş verib. 1977-ci ildə qeydə alınan zəlzələdə 60-dan çox insan həyatını itirib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri