19 
Yan
2021
11:52
13
213
3303
Virtual karabakh

İraqa aviazərbələr barədə məlumat təkzib olundu - YENİLƏNİB

19 Yan, 2021
11:52
3303

İraqa aviazərbələr barədə məlumat təkzib olundu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın təhlükəsizlik orqanları Babildəki aviazərbələr barədəki məlumatları təkzib ediblər.

Bu barədə, ölkənin INA dövlət informasiya agentliyi məlumat yayıb.

“Bəzi KİV və sosial şəbəkələrdə əks olunan İraqın Babil vilayətinə endirilən hava zərbələri haqqında məlumatlar həqiqətə uyğun deyil. Belə yanlış məlumatların yayılması ictimai rəydə çaşqınlıq yaratmaq məqsədi güdür”, - deyə məlumatda bildirilir.

11:12

İraqın mərkəz hissəsində yerləşən Babil əyalətinin Curf ən-Nəsr şəhəri aviasiya hücumuna məruz qalıb.

Bu barədə Livanın “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata əsasən, zərbənin endirildiyi ərazi İraq Silahlı Qüvvələrinin nəzarəti altındadır. Telekanal ABŞ təyyarələrinin, həmçinin Suriya ilə sərhəd yaxınlığında yerləşən Əl-Kaim şəhəri üzərində də göründüyünü bildirib.

“Fox News” telekanalı isə Pentaqona istinadən bəyan edib ki, ABŞ hərbçiləri bu gecə İraqın mərkəzi hissəsinə hava zərbələri endirməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri