19 
Yan
2021
10:48
21
210
1595
Virtual karabakh

Yaponiyada güclü qar 60 nəfərin ölümünə səbəb oldu

19 Yan, 2021
10:48
1595

Yaponiyada güclü qar 60 nəfərin ölümünə səbəb oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya hökuməti qarın təmizlənməsi üçün kifayət qədər resursun olmadığı ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcək.

Bu barədə ölkənin dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyoşi Aqaba çərşənbə axşamı Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Nazir güclü qar nəticəsində zərər görmüş evlərin qalıqlarını təmizləyərkən 60-dan çox insanın həlak olduğunu da qeyd edib.

“Təmizləmə işləri zamanı qeydə alınan ölüm hallarının sayından son dərəcə narahatıq. Dövlət qurumları qarın təhlükəsiz təmizlənməsi üçün lazımi vəsaiti tez bir zamanda hesablayacaq və bu işlərin həyata keçirilməsinə yardım edəcək”, - deyə K.Aqaba bildirib.

Qeyd edək ki, Yaponiyanın mərkəzi adası Honsyuda, eləcə də şimaldakı Hokkaydo adasında dekabr ayından başlayan qar dayanmaq bilmir.

Təbii fəlakət zamanı həlak olanların çoxu yaşlılardır. Onlar evlərin damından yıxılaraq və ya qar uçqunu altında qalaraq həlak olublar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri