19 
Yan
2021
13:24
209
42
2553
Virtual karabakh

Avropada aşağı temperatur rejimi həyatı iflic etdi

19 Yan, 2021
13:24
2553

Avropada aşağı temperatur rejimi həyatı iflic etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra Avropa ölkələrində rekord səviyyədə aşağı temperatur qeydə alınıb.

“Associated Press”in məlumatına görə, kəskin hava şəraiti nəqliyyatın hərəkətini iflic edib və yol nəqliyyat hadisələrinin artmasına səbəb olub.

Polşada son 11 ildə ilk dəfə havanın temperaturu -28 dərəcəyə düşüb. Varşavada şaxta nəticəsində dəmir yolları çatlayıb ki, bu da qatarların hərəkətində gecikmələrə səbəb olub.

Çexiyanın bir sıra vilayətlərində də 20 dərəcəyədək şaxta qeydə alınıb. Ölkə sinoptikləri ötən gecəni ilin ən soyuq gecəsi kimi qeydə alıblar.

İsveçrə və Almaniyada da meteoroloji vəziyyət ürəkaçan deyil. Almaniyada xilasedicilər yolları təmizləyir, kökündən çıxarılmış ağacları kənara çəkirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri