19 
Yan
2021
13:42
217
29
3259
Virtual karabakh

Melaniya Tramp xalqa sonuncu müraciətini edib

19 Yan, 2021
13:42
3259

Melaniya Tramp xalqa sonuncu müraciətini edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Melaniya Tramp birinci xanım “vəzifəsini” tərk edir. ABŞ prezidentinin xanımı xalqa sonuncu müraciətini Ağ Evin rəsmi səhifəsində yerləşdirib.

Birinci xanımın sözlərinə görə, həyatının son dörd ili onun üçün unudulmaz olaraq qalacaq. ABŞ və orada yaşayan insanların bütün müsbət cəhətlərini sadalayan Melaniya, sonda ölkə vətəndaşlarını hər zaman ən yaxşı olmağa çağırıb.

“Mən hər bir amerikalıdan istənilən vəziyyətdə ən yaxşı olmağı xahiş edirəm. Bizi parçalayan, ayıran səbəblərdən daha üstün olmalıyıq. Hər zaman nifrətin yerinə sevgini, zorakılığın yerinə sülhü seçməliyik”, - deyə birinci xanım bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri