19 
Yan
2021
15:38
19
151
1045
Virtual karabakh

Qazaxıstanda elektron peyvənd pasportları tətbiq ediləcək

19 Yan, 2021
15:38
1045

Qazaxıstanda elektron peyvənd pasportları tətbiq ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda koronavirusa qarşı peyvənd pasportları tətbiq ediləcək.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Aleksey Tsoy deyib.

Pasportların elektron olacağı qeyd edilir:

“Sistematik qeydiyyat üçün elektron peyvənd pasportu hazırlanıb. Peyvənd qeydiyyatı nazirliyin məlumat sistemində mərkəzləşdirilmiş şəkildə elektron formatda aparılacaq”.

Bildirilir ki, vətəndaşlar elektron peyvənd pasportlarının tətbiqi sayəsində tələb olunan zaman peyvənd barədə məlumatı onlayn şəkildə verə biləcəklər.

Qeyd edək ki, Qazaxıstanda fevralın 1-dən Rusyanın “Sputnik V” peyvəndi ilə kütləvi vaksinasiya başlayır. İlk mərhələdə 100 min insan peyvənd ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri