20 
Yan
2021
06:30
262
36
1658
yuxarı
Finlandiyada həbsxanalardan səhvən cəzası bitməyən məhbuslar azad edilib
Son altı ayda Finlandiya həbsxanalarından iki məhkum qanunsuz olaraq azad edilib.
Bu barədə Finlandiyanın “Yule” məlumat portalı xəbər verir.
Hər iki halda da, cinayətkarlar mühafizəçilərə cəzasını yenicə bitmiş məhbuslarının sənədlərini göstəriblər.
Bu cür pozuntuların birincisi Pirkanmaa həbsxanasında, ikincisi Vantaada baş verib.
Hər iki məhbus, qaçdıqdan bir neçə gün sonra saxlanılıb. Onlara qarşı ittiham irəli sürülüb.
Ən maraqlısı budur ki, gözətçilər səhlənkarlıqlarına görə cəzalandırılmayacaqlar. Belə ki, Finlandiyada həbsxana gözətçiləri məhkumların sərbəst buraxılması proseduru barədə yazılı təlimat almırlar.
Baş verənlərdən sonra cəzaların icrası şöbəsi yaxın gələcəkdə belə bir sənəd hazırlamağı düşünür.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
7 
Mar
2021
04:25
İsraildə koronavirus qadağaları ilə əlaqədar növbəti yumşalmaya start verilir
263
22
1119
6 
Mar
2021
23:43
Paris polisi sakinlərin Sena çayının sahilində istirahətinə icazə verməyib
54
163
857