19 
Yan
2021
23:19
66
319
3295
Virtual karabakh

İsraildə koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

19 Yan, 2021
23:19
3295

İsraildə koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraildə son 24 saatda aparılan 100 min koronavirus testinin 10 021-i pozitiv nəticə göstərib.

“Anadolu” agentliyi bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayır.

Bu, ölkədə koronavirusun müəyyən edilməsindən bu günə qədər ən yüksək göstəricidir.

9,3 milyon əhalisi olan İsraildə ümumilikdə koronavirusa yoluxma sayı 562 619-a qalxıb.

Son sutkada 44 nəfərin həyatını itirməsi ilə virusdan ölüm sayı 4 060 olub.

İçərisində 10 hamilə qadının da olduğu 1 114 xəstənin vəziyyəti ağırdır.

Qeyd edilir ki, ölkədə 2 185 113 nəfərə koronavirusa qarşı peyvəndin ilk dozası, 420 015 nəfərə isə ikinci dozası vurulub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri