19 
Yan
2021
23:01
15
368
2377
Virtual karabakh

Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurub

19 Yan, 2021
23:01
2377

Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanda COVID-19-a yoluxan hamilə qadın virusu bətnindəki uşağa keçirib.

Bu barədə NovaTV telekanalına müsahibə verən Bolqarıstanın Pasardjik şəhər xəstəxananın ginekoloji şöbəsinin müdiri İliyan Trayanov deyib.

Mütəxəssis bildirib ki, hamiləliyin gedişi müşahidə edilərkən dölün inkişafında, həmçinin, yeni doğulmuş körpənin analizlərində tapılan antikorlar onun artıq ananın bətnində koronavirusa yoluxduğu qənaətini təsdiqləyir.

Qeyd olunur ki, körpənin 28 yaşlı anası keçən ilin sonunda, hamiləliyin səkkizinci ayında koronavirusa tutulub.

Dölün inkişafındakı gecikmə səbəbindən hamiləliyin bitməsindən iki həftə əvvəl qeysəriyyə əməliyyatı keçirilib.

Bildirilir ki, hazırda həm ana, həm də yeni doğulmuş uşaq evə buraxılıb və onlar özlərini yaxşı hiss edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri