20 
Yan
2021
10:02
20
127
1204
Virtual karabakh

Koronavirusun “Britaniya ştammı”nın dünyanın neçə ölkəsinə yayılması məlum oldu

20 Yan, 2021
10:02
1204

Koronavirusun “Britaniya ştammı”nın dünyanın neçə ölkəsinə yayılması məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk olaraq Böyük Britaniyada müşahidə olunan yüksək yoluxuculuğa malik koronavirus ştammı artıq dünyanın 60 ölkəsində yayılıb.

TASS bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına istinadən məlumat yayır.

“12 yanvar tarixindən etibarən 10 əlavə dövlət, ərazi və rayonda (koronavirusun müxtəlif növü) VOC-2020/01 aşkar edilib. Bu günə qədər ÜST 60 ölkənin ərazi və rayonunda bu tip virusların yayıldığı bildirilib. Cənubi Afrikadan gəldiyi bildirilən 501Y.V2 etiketli koronavirus növünün daha üç ölkədə müəyyən edildiyi və virus mutasiyasının ümumi sayının 23-ə çatdığı da qeyd edilir”.

Bundan əlavə, 12 yanvar tarixindən bəri Braziliyada koronavirusun P.1 adlandırılan daha bir variantı aşkar edilib və B.1.1.28 adlı başqa bir mutasiya hadisəsi barədə xəbər yayılıb. Mütəxəssislər bu növlərin daha yoluxucu olub-olmadığı və infeksiyaya yoluxduqda xəstəliyin daha şiddətli irəliləyib-irəliləmədiyini müəyyənləşdirmək üçün hələ yetərli məlumata sahib olmadıqlarını deyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri