20 
Yan
2021
11:48
75
271
1230
Virtual karabakh

Ruhani: “Terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi”

20 Yan, 2021
11:48
1230

Ruhani: “Terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar olmasa ölkədə vaksinasiya proqramına daha erkən başlanıla biləcəyini söyləyib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Sanksiyalar, əngəllər və peyvəndin alınması ilə bağlı terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi. Bu, ABŞ-ın İran xalqına qarşı törətdiyi bir cinayətdir. “, - deyə H.Ruhani bildirib.

O qeyd edib ki, əngəllərə və məhdudiyyətlərə baxmayaraq peyvəndin alınması ilə bağlı addımlar atılıb və Səhiyyə Nazirliyinin təsdiqlədiyi peyvəndin ilk partiyası növbəti həftələrdə ölkəyə gətiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri