20 
Yan
2021
12:32
38
109
880
Virtual karabakh

Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara sertifikat veriləcək

20 Yan, 2021
12:32
880

Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara sertifikat veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara milli rəqəmsal sertifikat veriləcək.

“RİA Novosti” bu barədə ölkənin baş nazirliyinə istinadən xəbər yayıb.

Sertifikat Yunanıstan Baş naziri Kiriakos Mitsotakis tərəfindən çərşənbə axşamı Mülki Müdafiə Baş Katibliyində keçirilən iclasda təqdim edilib.

“Peyvəndlə əlaqədar rəqəmsal sertifikatlarının verilməsi başlayır. Bu, Yunanıstanın növbəti yeniliyidir. Bu sertifikat hər bir vətəndaşın rəqəmsal ofisində avtomatik qeydiyyata alınacaq. Bu həm də ehtiyat tədbiridir, çünki yalnız bu şəkildə qanuni peyvəndi təsdiqləmək mümkün olacaq”, - Mitsotakis deyib.

Yunanıstanlı nazirin sözlərinə görə, onun Avropa İttifaqında vahid Avropa peyvənd sertifikatı tətbiq etməsi təklifi müsbət qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri