21 
Yan
2021
06:29
167
47
1803
Virtual karabakh

Pelosi Trampı "qatillərin ortağı" adlandırdı

21 Yan, 2021
06:29
1803

Pelosi Trampı "qatillərin ortağı" adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, keçmiş Prezident Donald Trampın 6 yanvar qətllərinə ortaq ola biləcəyini açıqlayıb.

MSNBC telekanalına müsahibəsində Pelosi bildirib ki, məhz Trampın nitqi kütləni Konqres binasına hücuma təhrik edib və nəticədə beş nəfər həlak olub.

“Prezidentin sözləri vacibdir. İnsanlar bura gəlmək üçün onun sözlərindən istifadə etdilər”, - deyə Pelosi bildirib.

Spiker əlavə edib ki, Konqres üzvlərindən hər hansı birinin Kapitoliyə hücum edən qrup ilə əməkdaşlığı sübut olunarsa, keçmiş prezidentlə yanaşı, onlar da qeyd olunan iğtişaşlar zamanı törədilən cinayətlərin ortaqlarına çevriləcəklər.

“Bu cinayətlər arasında qətllər də var və eks prezident belə bir cinayətdə ortaqdır, çünki bu üsyanı təhrik edib, bu ölümlərə və dağıntılara səbəb olub”, - deyə N.Pelosi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri