20 
Yan
2021
16:36
309
46
5472
Virtual karabakh

Bayden prezidentliyinin ilk günündə Trampın iki qərarını ləğv edəcək

20 Yan, 2021
16:36
5472

Bayden prezidentliyinin ilk günündə Trampın iki qərarını ləğv edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dövlət başçısı vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ilk gündəcə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaqla bağlı qərarını ləğv edəcək. Bununla yanaşı o, ABŞ-ın Paris İqlim Sazişinə qayıtmasına dair də fərman imzalayacaq.

Bu barədə Demokrat prezidentin keçid komandasının saytında məlumat verilib.

“Yeni seçilmiş prezident yalnız Tramp administrasiyasının qəbul etdiyi zərərli qərarların təsirini azaltmaq üçün deyil, həm də ölkəmizi irəli aparmaq üçün hərəkətə keçəcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən il mayın 29-da Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının Çinin tam nəzarəti altında olduğunu iddia edərək, ABŞ-ın bu qurumla münasibətlərini tamamilə dayandırmaq niyyətində olduğunu bildirmişdi. ABŞ 6 iyul 2020-ci il tarixində ÜST-dən çıxması barədə BMT-yə məlumat vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri