20 
Yan
2021
17:30
387
35
3597
Virtual karabakh

ÜST: “Peyvənd pasportları tövsiyə olunmur”

20 Yan, 2021
17:30
3597

ÜST: “Peyvənd pasportları tövsiyə olunmur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda dünyada koronavirus peyvəndinin yetərli olmadığı və virusun yayılmasına təsiri barədə natamam məlumat verildiyi üçün səyahət edənlərə peyvənd pasportlarının tətbiq edilməsini tövsiyə etmir.

Bunu ÜST-n Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç “Rusiya-24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hələ peyvəndin praktik olaraq virusu keçirməyə nə dərəcədə mane olması ilə bağlı dəqiq məlumat olmadığından səyahətçilərdən peyvənd olunmaq tələbi edilməyəcək.

“Əlbəttə, peyvənd xəstəliyin ağır keçməsinin qarşısını alır, səhiyyə sisteminin işini rahatlaşdırır, amma bizim daha çox araşdırmaya ehtiyacımız var”.

ÜST nümayəndəsi bildirib ki, peyvəndin bütün ölkələrə çatmaması böyük bərabərsizlik yaradır.

“Peyvənd pasportları məsələsi əlbəttə ki nəzərdən keçirilir, baxmayaraq ki, bu məsələ bir çox ölkədə müzakirə olunur, indi ÜST bunu tövsiyə etmir”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri