21 
Yan
2021
09:48
108
19
781
Virtual karabakh

“Twitter” Çinin ABŞ-dakı səfirliyinin səhifəsini bloklayıb

21 Yan, 2021
09:48
781

“Twitter” Çinin ABŞ-dakı səfirliyinin səhifəsini bloklayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” Çinin ABŞ-dakı səfirliyinin səhifəsini bloklayıb.

“Bloomberg”-in məlumatına görə, buna səbəb Çin tərəfinin uyğur məsələsi barədə sosial şəbəkədə verdiyi açıqlamalar olub.

“Çin səfirliyinin tviti şirkətimizin insan haqları ilə bağlı siyasətinə ziddir”, -deyə “Twitter”dən bildirilib.

Qeyd edək ki, çərşənbə axşamı Tramp administrasiyasının Dövlət katibi Maykl Pompeo Çinin Sincan Uyğur Muxtar Vilayətində həyata keçirdiyi tədbirləri soyqırımı adlandırıb və Çini insanlığa qarşı cinayət törətməkdə ittiham edib.

Buna cavab olaraq, dünən Çin XİN-in rəsmi nümayəndəsi Hua Çunin Pompeonu təlxək və bütün dünyanın gülüş obyekti adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri