21 
Yan
2021
10:54
64
205
2697
Virtual karabakh

Çində koronavirusa yoluxma artır

21 Yan, 2021
10:54
2697

Çində koronavirusa yoluxma artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində səlahiyyətli orqanların səylərinə baxmayaraq, koronavirusun yayılması ilə bağlı vəziyyət daha da pisləşməyə doğru davam edir.

“İnterfaks” Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən bildirir ki, son sutka ərzində 144 yeni COVID-19 hadisəsi aşkar edilib.

Yoluxanlardan 18-i xaricdən gələnlər, 126-sı ölkə daxilindəki vətəndaşlardır.

Bir gün öncəki statistikaya görə, ölkədə 103 yeni COVID-19 infeksiyası aşkar edilib ki, bunlardan 15-i gələnlərdə, 88-i yerli vətəndaşlarda müşahidə olunub.

Qeyd edək ki, Çində ümumilikdə 88 701 nəfərdə koronavirus aşkarlanıb, onlardan 4 635-i ölüb, 82 468-i sağalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri