21 
Yan
2021
11:06
27
105
1754
Virtual karabakh

Dünya liderlərinin ABŞ-ın yeni hökumətindən gözləntiləri

21 Yan, 2021
11:06
1754

Dünya liderlərinin ABŞ-ın yeni hökumətindən gözləntiləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra dünya ölkələri liderləri Baydenin ABŞ prezidenti kimi fəaliyyətə başlaması münasibətilə yeni rəhbərlikdən öz gözləntilərini ifadə ediblər.

Britaniyanın Baş naziri Boris Conson parlamentdəki çıxışı zamanı bildirib: “Mən Bayden və onun administrasiyası ilə birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bu müddət ərzində əməkdaşlığımız daha da güclənəcək və biz birgə layihələrimiz üzərində daha intensiv işləyəcəyik”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tvitterdə bunları yazıb: “ABŞ qayıtdı. Avropa öz köhnə silahdaşı ilə yenidən bir araya gəlməyə və bu ittifaqa yeni nəfəs qatmağa hazırdır”.

Almaniya Prezidenti Frank Valter Ştaynmayer öz videomüraciətində “Bu gün demokratiya üçün yaxşı bir gündür. Mən Baydenin andiçməsindən və Ağ Evə köçməsindən sonra öz üzərimdə böyük yüngüllük hiss edirəm. Bilirəm ki, Almaniyada bir çoxları bu hisləri mənlə bölüşür”, - deyə qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron tvitterdə yazıb: “Biz birlikdəyik. Biz zəmanəmizin çağırışlarına qarşı dayanmaq üçün daha güclü olacağıq. Gələcəyimizi qurmaq üçün qüdrətli olacağıq”.

İspaniya Baş naziri Pedro Sançes öz çıxışında bildirib: “Baydenin qələbəsi demokratiyanın ifrat sağçılar üzərində qələbəsidir. Beş il öncə biz Trampı bir zarafat kimi qəbul edirdik. Lakin bu illər ərzində o, dünyanın ən güclü demokratiyasını təhlükə altında qoydu”.

İtaliya Baş naziri Cuzeppe Konte parlamentdəki çıxışında “İtaliya G20 formatında birgə işləmək üçün Baydenin prezidentliyini səbirsizliklə gözləyirdi”, - deyə bildirib.

Benyamin Netanyahu yaydığı bəyanatda “İsrail üçün gördüyü böyük işlərə görə” Trampa təşəkkür edib. Həmçinin o, iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək, Ərəb dünyası ilə olan münasibətlərin istiləşməsi, eləcə də İran təhlükəsi kimi məsələlər ətrafında Bayden administrasiyası ilə çalışmağı səbirsizliklə gözlədiyini bildirib.

Bununla yanaşı, NATO-nun Baş katibi Yens Stoltenberq, Yaponiyanın Baş naziri Yoşihide Suqa, Cənubi Koreya Prezidenti Mun Çje İn, Kanadanın Baş naziri Castin Tryudo və Yeni Zelandiya hökumətinin rəhbəri Casinda Arden də Bayden zamanında ABŞ-la əməkdaşlığın genişləndirilməsinə ümid etdiklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri