21 
Yan
2021
16:06
123
27
3643
Virtual karabakh

ABŞ-ın vitse-prezidenti rəsmi iqamətgahına köçə bilmədi

21 Yan, 2021
16:06
3643

ABŞ-ın vitse-prezidenti rəsmi iqamətgahına köçə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Vitse-prezidenti Kamalla Harris və həyat yoldaşı Duq Emhof Vaşinqton əyalətindəki hərbi-dəniz akademiyası ərazisində yerləşən yeni iqamətgaha köçə bilməyiblər.

“CBS News” xəbər verir ki, cütlük təmir səbəbindən köçmək prosesini təxirə salmalı olub.

Hazırda ABŞ-ın ikinci şəxsinin ailəsilə birlikdə yaşadığı evdə avadanlıqlar təmizlənərək qaydaya salınır. Ustalar təmir prosesində evin boş olmasını xahiş ediblər.

Hazırda təmirin nə qədər davam edəcəyi və buna nə qədər pul xərclənəcəyi məlum deyil.

Bu arada vitse-prezidentin Vaşinqtonda ev sahibi olması faktı ortaya çıxıb və təmirin sonunadək Harrisin məhz orada qalacağı bildirilir. Evin dəqiq ünvanı isə açıqlanmır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri