21 
Yan
2021
22:51
288
25
1811
Virtual karabakh

Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

21 Yan, 2021
22:51
1811

Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub.

TASS xəbər verir ki, bunu ölkə kansleri Angela Merkel bəyan edib. O, bildirib ki, hazırda başlıca təhlükə virusun müxtəlif mutasiyalarıdır.

“Hazırda Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. Lakin gərginlik getdikcə azalır. Yeni yoluxanların və intensiv terapiya şöbələrində olanların sayında da azalma var”, -deyə kansler bildirib.

O xatırladıb ki, son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan dünyasını dəyişib. Bu səbəbdən də pandemiyanı əsrin fəlakəti hesab etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada ikinci sərt karantin rejimi qüvvədədir. Ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri