22 
Yan
2021
02:25
127
20
1322
Virtual karabakh

Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib

22 Yan, 2021
02:25
1322

Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artan pandemiya təhlükəsi ilə əlaqədar olaraq ABŞ-a xaricdən hava yolu ilə gələn bütün şəxslər karantinə yerləşdiriləcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Ağ Evdə çıxış edən ABŞ-ın yeni seçilmiş prezidenti məlumat verib.

“COVID-19-un yeni növünün yaranması ilə əlaqədar olaraq başqa ölkələrdən hava yolu ilə gələn şəxslərə qarşı yeni tədbirlər həyata keçirəcəyik. Maska taxmaqla yanaşı, başqa bir ölkədən təyyarə ilə ABŞ-a gələn hər kəs öncədən analiz verməli, ABŞ-a daxil olandan sonra karantinə yerləşdirilməlidir”, - deyə Birləşmiş Ştatların yeni prezidenti vurğulayıb.

Lakin C.Bayden koronavirusa qarşı yeni tədbirlərin tam olaraq nə zaman qüvvəyə minəcəyinə aydınlıq gətirməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri