22 
Yan
2021
09:30
138
93
1520
Virtual karabakh

Rusiyada dağ mədəni çöküb: Ölənlər var

22 Yan, 2021
09:30
1520

Rusiyada dağ mədəni çöküb: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kemerovo vilayətinin Leninsk-Kuznetsk bölgəsindəki Tixov mədənində baş vermiş çökmə nəticəsində üç nəfər həyatını itirib.

Bu barədə “RİA Novosti” ölkənin İstintaq Komitəsinin regional baş ofisinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qəza zamanı mədəndə 44 işçi olub. Onlardan 41-i ciddi xəsarət almadan mədəndən çıxarılıb. Lakin üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xilasedicilər hər üç mədənçinin cəsədini aşkar ediblər. Qəzadan salamat çıxanlar isə artıq həkimlər tərəfindən müayinədən keçirilib.

Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndi (Təhlükəli istehsal müəssisələrində sənaye təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb, yoxlamalar aparılır. Hadisə yerində istintaq qrupu işləyir.

Fövqəladə hadisənin baş verdiyi mədəndə bütün işləri dayandırılıb. Kemerovo bölgəsinin Kömür Sənayesi Nazirliyi ölən mədənçilərin ailələrinə maddi yardım göstərməyi vəd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri