22 
Yan
2021
09:54
64
40
2561
Virtual karabakh

Vaksinasiyadan sonra özümüzü necə qorumalıyıq? - EKSPERT RƏYİ

22 Yan, 2021
09:54
2561

Vaksinasiyadan sonra özümüzü necə qorumalıyıq? - EKSPERT RƏYİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus əleyhinə peyvənddən sonra yan təsirlərdən və ya xoşagəlməz nəticələrdən qorunmaq üçün dörd əsas qaydaya əməl edilməlidir.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın “SberZdorovye” xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, peyvənddən sonra problem yaradacaq fəaliyyətlər o qədər də çox deyil.

“Vaksinasiyadan sonra lokal reaksiyalara səbəb olmamaq üçün inyeksiya yerini qaşımaq olmaz. Digər bir tövsiyə, orqanizmin temperaturunu yüksəltməmək, yəni ilk gün hamama və ya saunaya getməməkdir”, - deyə ekspert bildirib.

Bundan əlavə, ilk gün idmanla məşğul olmamaq və ya bədəni digər fiziki stressə məruz qoymamaq məsləhət görülüb.

O, dördüncü qayda kimi spirtli içki qəbul etməməyi göstərib.

“Bu, sadə dillə desək, koronavirusdan immunitetin əmələ gəlməsini ləngidir”, - deyə həmsöhbət bildirib.

Sonda Məhəmməd Əli peyvənd vurdurmağa qərar verənlərə vaksinasiyadan sonra istirahəti tövsiyə edib.

“Bu tövsiyələrə əməl etdikdən sonra da hərarətiniz varsa, bu bədənin vaksinasiyaya normal reaksiyasıdır. Buna görə də ilk 24 saat ərzində aktiv olmamaq və mümkünsə bir gün tətil etmək məsləhətdir”, - deyə Xidmət rəhbəri bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri