22 
Yan
2021
09:39
25
102
2311
Virtual karabakh

Britaniyada qorxunc koronavirus statistikası: Hər 30 saniyədə...

22 Yan, 2021
09:39
2311

Britaniyada qorxunc koronavirus statistikası: Hər 30 saniyədə...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus epidemiyası səbəbindən çətin anlar yaşayan Böyük Britaniyada epidemiyaya qarşı mübarizə çərçivəsində evdə məclislər təşkil edən və iştirak edənlər cərimələnəcək.

Bu barədə “Haber Global” ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadən məlumat verir.

Bildirilir ki, son 24 saat ərzində Britaniyada yeni koronavirus səbəbindən 1 820 nəfər ölüb, bu epidemiya başlayandan bəri ən yüksək gündəlik itkidir.

Bir gün əvvəlki statistikaya əsasən gün ərzində 1 610 nəfərin öldüyü bildirilmişdi.

Ümumilikdə ölüm sayı 91 470-ə qalxmaqla, xüsusilə son bir aydakı ölümlər qaranlıq mənzərə təqdim edir.

Ölkədə virus səbəbiylə 19 dekabr 2020-ci ildə 534, 21 dekabr 2020-ci ildə 215 olan gündəlik ölüm sayı o vaxtdan bəri durmadan artır.

Virusun sürətlə yayılması xəstəxanalarda da vəziyyəti çətinləşdirir.

COVID-19 səbəbiylə hər 30 saniyədə bir xəstə xəstəxanaya müraciət edir.

37 946 nəfərin xəstəxanalarda müalicəsi davam edir, bunlardan 3 916-sı reanimasiyadadır.

Ölkədə koronavirusun yeni mutasiyasının ortaya çıxmasından sonra yoluxma və ölüm sayında ciddi artım qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri