22 
Yan
2021
12:06
69
29
3011
Virtual karabakh

ABŞ-ın nə zaman normal həyata qayıda biləcəyi AÇIQLANDI

22 Yan, 2021
12:06
3011

ABŞ-ın nə zaman normal həyata qayıda biləcəyi AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Baydenin Baş Səhiyyə məsləhətçisi Entoni Fauci Ağ Evdə təşkil etdiyi mətbuat konfransında ölkədəki COVID-19 epidemiyası ilə bağlı son vəziyyətini qiymətləndirib.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədəki epidemiyanın hələ də ciddi səviyyədə olduğunu bildirən Fauci Cənubi Afrika və Britaniyada tapılan COVID-19 mutasiyalarının bir-birindən fərqli olduğuna diqqət çəkib.

O qeyd edib ki, Cənubi Afrikadakı mutasiya hələ ABŞ-da tapılmayıb, amma azı 20 ştatda “Britaniya ştammı”na rast gəlinib.

Fauci Tramp dövrü ilə müqayisədə indi özünü daha rahat hiss etdiyini deyib.

O bildirib ki, əvvəlki rəhbərlik elmi dəlillərə söykənməyən, mütəxəssislər üçün narahatlıq yaradan və əsaslandırılmamış fikirlər səsləndirib.

ABŞ-ın baş infeksionisti ölkənin nə zaman normal həyata qayıda biləcəyindən də danışıb:

“Amerikalıların 85 faizi yayın axırına qədər peyvənd edilərsə, payızda normal həyata dönə bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri