23 
Yan
2021
02:40
9
172
2490
Virtual karabakh

COVID-19 peyvəndi ilə bağlı ədalətsizlik dünyanı “immunitet uçurumu” ilə qarşı-qarşıya qoyur

23 Yan, 2021
02:40
2490

COVID-19 peyvəndi ilə bağlı ədalətsizlik dünyanı “immunitet uçurumu” ilə qarşı-qarşıya qoyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19 pandemiyasına qarşı mübarizədə dünyanın ən böyük ümidinə çevrilən vaksinasiya prosesinə 52 ölkədə başlanılıb.

Bu barədə “Haber Global” yazıb.

Bununla belə hələlik vaksinasiya dünyanın 142 ölkəsi üçün əlçatmaz olaraq qalıb. Nəşr qeyd edir ki, peyvəndlə bağlı yaşanan ədalətsizlik dünyanı “immunitet uçurumu” ilə qarşı-qarşıya qoya bilər.

Dünyada indiyə qədər ümumilikdə 53 milyon 787 min 512 doza peyvənd tətbiq olunub. Bunun 22 milyon 550 mini Asiya qitəsində, 17 milyon 750 mini Şimali Amerikada, 13 milyon 150 mini Avropada, 330 mini Orta və Cənubi Amerika ölkələrində, yeddi mini isə Afrika qitəsində istifadə olunub.

COVAX çərçivəsində ölkələrə peyvənd çatdırmaq mümkün olmur

ÜST-ün COVID-19 peyvəndinin bütün dünyada bərabər səviyyədə əlçatan olması üçün başlatdığı COVAX proqramı çərçivəsində ilk növbədə peyvənd verilməli olan 92 ölkəyə hələlik bir doza belə verilməyib.

Belə olan halda isə vaksinasiyadan keçmiş ölkələrlə digər ölkələr arasında uçurum yaranması və həmin ölkələrin təcrid olunması riski yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri