23 
Yan
2021
04:45
17
172
5694
Virtual karabakh

Xəstəxanada kütləvi dava - FOTO/VİDEO

23 Yan, 2021
04:45
5694

Xəstəxanada kütləvi dava - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Bursa şəhərində xəstəxanaların birində kütləvi dava baş verib.

“Haber Global”ın məlumatına görə, yaralanaraq xəstəxanaya çatdırılan və təcili yardım şöbəsinə aparılan Tamer adlı şəxs həkimləri, tibb bacılarını təhqir edib, onlara hücum etməyə cəhd göstərib.

Xəstəxana qapısında toplaşan xəstə yaxınları da onun səsini eşidib təhlükəsizlik əməkdaşlarına hücum çəkiblər.

Hadisə Osmanqazi ilçəsindəki Çəkirgə Dövlət Xəstəxanasında yaşanıb. Millət məhəlləsindən olan bir kişi ilə savaşan Tamer başından yaralanaraq xəstəxanaya gətirilib.

Tibbi yardım göstərildikdən və çölə çıxdıqdan sonra Tamer və 10 nəfərədək yaxını polis tərəfindən saxlanılıb. Müvafiq tədbirlərdən sonra saxlanılanlar sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri