22 
Yan
2021
21:53
24
242
3981
Virtual karabakh

Yaponiyada on ildən sonra yenidən intiharların artma səbəbi məlum oldu

22 Yan, 2021
21:53
3981

Yaponiyada on ildən sonra yenidən intiharların artma səbəbi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya hökumətinin mübarizəsi sayəsində on ildir azalmaqda olan intiharların sayı 2020-ci ildə COVID-19 səbəbindən yenidən artıb.

“İnterfax” bu barədə Yaponiyanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.

Bildirilir ki, 2020-ci ildə Yaponiyanın 20 919 sakini intihar edib ki, bu da 2019-cu illə müqayisədə 3,7 % çoxdur.

İntahar hallarına dah çox qadınlar və uşaqlar arasında rast gəlinir.

2020-ci ilin səkkiz ayı ərzində - noyabra qədər 300-dən çox məktəbli intihar nəticəsində ölüb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çoxdur.

Qeyd edilir ki, Yaponiyada intiharın zirvəsi 2003-cü ildə olub - təxminən 34 min hadisə.

Bundan sonra səlahiyyətlilərin səyləri nəticəsində intihar sayı azalıb.

Xatırladaq ki, daha əvvəl müxtəlif ölkələrdə psixoloqlar koronavirus pandemiyası fonunda dünyada xüsusilə stress, iqtisadi qarışıqlıq və ailə problemləri səbəbi ilə intihar nisbətinin arta biləcəyi xəbərdarlığını ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri