22 
Yan
2021
16:48
44
205
8902
Virtual karabakh

Bayden öz verdiyi sərəncamı pozdu - FOTO/VİDEO

Amerikalılar ilk dəfə ictimai tədbirdə görünən yeni dövlət başçısı ilə bağlı maraqlı bir detala diqqət yetiriblər. Belə ki, ABŞ prezidenti Linkoln Memorialını ziyarət edib. Lakin digər insanların arasında olarkən maska taxmayıb.

Halbuki, onun özü qoruyucu vasitələrin artıq bütün dövlət qurumlarında istifadə edilməsinin məcburi olmasl ilə bağlı fərman imzalayıb.

Bu barədə “Zvezda” xəbər yayıb.

Beləliklə, koronavirusa qarşı müharibə elan edən Co Bayden elə ilk gündə tələbi pozub.

Bundan əlavə, Vaşinqton ABŞ-ın yeni prezidentinin Strateji Hücum silahları haqqında START-3 müqaviləsini beş il müddətinə uzatmaq niyyətini təsdiqləyib.

Dövlət başçısının qərarı barədə məlumat verən Ağ Evin mətbuat katibi Cen Psaki Rusiya ilə ABŞ arasındakı razılaşmanı “strateji sabitliyin lövbəri” adlandırıb.

Mövcud müqavilə fevral ayında başa çatır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri