22 
Yan
2021
17:54
218
39
5254
Virtual karabakh

100 milyon ABŞ dolları mükafatı olan müsabiqə elan edildi - FOTO

22 Yan, 2021
17:54
5254

100 milyon ABŞ dolları mükafatı olan müsabiqə elan edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” və “Space X” şirkətlərinin yaradıcısı İlon Maks, karbon qazının tutulması və saxlanması üçün ən yaxşı texnologiyanın yaradıcılarına 100 milyon dollar (170 milyon manat) ödəməyə söz verib.

Lenta.ru-nun məlumatına görə, yarışma barədə müvafiq elanı o, özünün “Twitter” səhifəsində edib.

“Ən yaxşı karbon tutma texnologiyasına görə, 100 milyon dollar mükafat bağışlayacağam”, - deyə o, bildirib.

Mask təklifin detallarını gələn həftə açıqlayacağına da söz verdi.

Qeyd edək ki, “Karbon tutma və saxlama” dedikdə karbon dioksidin (CO2) sənaye və enerji mənbələrindən ayrılması, həmçinin atmosferdən uzun müddət təcrid olunmasını əhatə edən proses nəzərdə tutulur. Bu prosesin məqsədi qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri