23 
Yan
2021
13:18
19
196
2247
Virtual karabakh

Kapitoliyə hücumda təqsirləndirilən “vikinq” Tramp tərəfindən aldadıldığını deyir - FOTO

23 Yan, 2021
13:18
2247

Kapitoliyə hücumda təqsirləndirilən “vikinq” Tramp tərəfindən aldadıldığını deyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kapitoliyə basqın zamanı vikinq kostyumu ilə yadda qalan amerikalı Ceykob Çensli ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən aldadıldığını deyib.

Bu barədə “LadBible” onun vəkili Al Uotkinsə istinadən məlumat yayıb.

Vəkilin dediyinə görə, Çensli hərəkətlərindən təəssüfləndiyini deyib və sadəcə ABŞ liderinin mitinq çağırışını yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, iğtişaşlar zamanı buynuzlu xəz papaq geyinməsi və üzünü ABŞ bayrağının rənglərinə boyaması ilə xatırlananan 33 yaşlı gəncə qarşı xuliqanlıq və Kapitoli ərazisinə qeyri-qanuni şəkildə zorla daxil olma ittihamı irəli sürülüb.

Al Uotkins Trampdan vəzifədən getməzdən öncə müvəkkilini əfv siyahısına salmasını istəmişdi.

Yeri gəlmişkən xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də keçmiş prezident Donald Trampın 6 yanvar qətllərinə ortaq ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, məhz Trampın nitqi kütləni Konqres binasına hücuma təhrik edib və nəticədə beş nəfər həlak olub.

“Prezidentin sözləri vacibdir. İnsanlar bura gəlmək üçün onun sözlərindən istifadə etdilər”, - deyə Pelosi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri