23 
Yan
2021
14:19
37
329
4551
Virtual karabakh

“TikTok”un təhlükəli çelencində iştirak edən 10 yaşlı qız öldü

23 Yan, 2021
14:19
4551

“TikTok”un təhlükəli çelencində iştirak edən 10 yaşlı qız öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok”un təhlükəli çelencində iştirak edən 10 yaşlı qız ölüb.

“Reuters”in məlumatına görə, qorxunc hadisə İtaliyada baş verib.

Bildirilir ki, uşaq “blekaut” adlı dözümlülük yarışını yerinə yetirərkən asfiksiyadan (boğulma) həyatını itirib. Belə ki, şərtə əsasən, iştirakçılar video yayımlandığı müddətdə boyunlarını kəmərlə sıxmalı və nəfəslərini tutmalı imiş.

Qızı hamam otağında beş yaşlı bacısı tapıb. Onun yanında telefon olub.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

“TikTok” qızı bu çellencdə iştiraka təşviq edən kontenti tapmadığını bildirib. Bununla belə, sosial şəbəkənin təmsilçiləri istintaqda hökumətə kömək edəcəklərini vurğulayıblar.

Qeyd edilir ki, baş verənlərə görə yaşı qeydə alınmayan bütün istifadəçilərin hesabları bloklanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri