24 
Yan
2021
01:38
30
996
17614
Virtual karabakh

Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış gəminin kapitanı ilə danışdı - YENİLƏNİB + FOTO/VİDEO

24 Yan, 2021
01:38
17614

Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış gəminin kapitanı ilə danışdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəniz quldurlarının hücum etdiyi Türkiyə şirkətinə məxsus gəminin dördüncü kapitanı Furkan Yarenlə əlaqə yaradılıb. Furkan Yaren II mühəndis Fərman İsmayılovun öldürüldüyünü, özünün də ayağından yaralandığını qeyd edib. O, gəmi heyətindən 15 nəfərin döyülərək aparıldığını, onunla birlikdə gəmidə qalan iki nəfərdən birinin də yaralı olduğunu bildirib.

Artıq Türkiyənin Nigeriya sahillərində hücuma məruz qalan gəminin heyətinin xilas edilməsi üçün diplomatik kanallar yolu ilə işə başladığı vurğulanır.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Furkan Yarenlə telefonda danışıb və ondan məlumat alıb. Türkiyənin XİN rəhbəri həmçinin gəminin aid olduğun şirkətin idarəçisi Osman Leventə də zəng vurub və başsağlığı verib.

Qeyd edək ki, gəmi hazırda Qabonun Port-Gentil bölgəsinə hərəkət edir və saat 09:00-da limana çatması gözlənilir.

23:25

Nigeriyalı dəniz quldurları Türkiyəyə məxsus “Motsart” adlı gəmiyə hücum edib. Gəminin heyət üzvləri arasında olan azərbaycanlı öldürülüb.  

Bu barədə “Haber Global” məlumat yayıb.

“Boden” adlı Türkiyə şirkətinə məxsus gəmi Liberiya bayrağı altında üzüb. O, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedirmiş. Gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir. 

İlkin məlumatlara görə, gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri