24 
Yan
2021
10:10
33
238
2338
Virtual karabakh

Çili sahillərində güclü zəlzələ: Sunami təhlükəsi ilə xeyli insan təxliyə olundu - VİDEO

24 Yan, 2021
10:10
2338

Çili sahillərində güclü zəlzələ: Sunami təhlükəsi ilə xeyli insan təxliyə olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib.

TASS xəbər verir ki, bu barədə Çilinin Milli Fövqəladə Hallar İdarəsi “Twitter” hesabından bildirib.

Qeyd edilib ki, yeraltı təkanların episentri 117 minə yaxın əhalisi olan Punta-Arenas şəhərindən 1 328 kilometr cənubi-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşir.

Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə bağlı Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.

Çilinin Milli Fövqəladə Hallar İdarəsinin “Twitter” hesabında qeyd olunub ki, zəlzələdən sonra Frey bazasından 80, O'Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.

İdarənin məlumatına görə, evakuasiya Fildesə bitişik beş xarici bazadan da həyata keçirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri