25 
Yan
2021
09:25
210
71
2075
Virtual karabakh

Portuqaliyanın hazırkı dövlət başçısı prezident seçkilərində qələbə qazandı - YENİLƏNİB

Portuqaliyanın hazırkı dövlət başçısı Marselu Rebelu di Souza ilkin nəticələrə görə ölkədə keçirilən prezident seçkilərinin birinci turunda inamlı qələbə qazanaraq növbəti müddətə prezident seçilib. 

Bu barədə “Diariu di Notisiaş” qəzeti yazıb. 

99.5 faiz səslərin sayılmasından sonra hazırkı dövlət başçısı 61 faiz səs toplayıb. İkinci yerdə qərarlaşan sosialist, keçmiş diplomat Ana Qomeş isə 13 faizdən az səs toplaya bilib. 

Xatırladaq ki, 72 yaşlı Marselo Rebelo de Souza prezident seçkilərində aşkar favorit olub. O, ilk dəfə qatıldığı 2016-cı il seçkilərində də birinci turda qalib gəlib. Həmin vaxt o, 52 faiz səs toplamışdı.

25 yanvar, 01:36

Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelu di Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.

TASS xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.

Məlumata görə, hazırkı prezident 65,51% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (12,33%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (9,57%) təqib edir.

24 yanvar, 12:52

Bu gün Portuqaliyada prezident seçkiləri keçirilir. Dövlət başçısı postuna 7 namizəd qeydə alınıb. Onların arasında hazırki prezident Marselu Rebelu di Souza da var.

Ölkə üzrə seçki məntəqləri Bakı vaxtı ilə saat 12.00-da açılıb və 22.00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Portuqaliyada 9 milyon nəfər səsvermə hüququna sahibdir. Ölkə qanunvericiliyinə əsasən, prezident 5 il müddətinə ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilir.

Hazırki prezident 72 yaşlı Ribelu di Souza 2016-cı ildən etibarən ölkəyə rəhbərlik edir. Seçkiöncəsi aparılan sosialoji sorğulara əsasən builki kampaniyanın favoriti də məhz odur.

Əgər namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, o zaman fevralın 14-də səsvermənin ikinci mərhələsi keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri