25 
Yan
2021
01:10
196
27
2563
Virtual karabakh

Pentaqon Yaponiyanı müdafiə edəcək

25 Yan, 2021
01:10
2563

Pentaqon Yaponiyanı müdafiə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, lazım gələrsə, Pentaqon mübahisəli adaları qorumaq üçün Yaponiyaya hərbi kömək göstərəcək.

“EADaily”nin məlumatına görə, söhbət Şərqi Çin dənizindəki Senkaku arxipelaqından gedir. Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir.

“ABŞ istənilən halda Şərqi Çin dənizində status-kvonun birtərəfli şəkildə pozulmasının əleyhinədir”, - deyə nazir bildirib.  

L.Ostin xatırladıb ki, ABŞ və Yaponiya arasındakı təhlükəsizlik sazişi Senkaku adalarına da şamil olunur.

Qeyd edək ki, mübahisəli adalarda zəngin qaz ehtiyatları yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri