25 
Yan
2021
02:00
400
18
3073
Virtual karabakh

Ərdoğan dəniz quldurları tərəfindən qaçırılan gəminin kapitanı ilə telefonla danışıb

25 Yan, 2021
02:00
3073

Ərdoğan dəniz quldurları tərəfindən qaçırılan gəminin kapitanı ilə telefonla danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı Furkan Yarenlə telefon əlaqəsi yaradıb.

Prezident gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini deyib.

Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində mühəndis olan Fərman İsmayılov adlı soydaşımız həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri